Baku TV nin Ukraynadakı əməkdaşı: “Kiyevin hava hücumdan müdafiə sistemi gücləndirilir”

SİYASƏT

14 Noyabr 2022 16:11

Oxunma sayi: 594
Baku TV   nin Ukraynadakı əməkdaşı:  “Kiyevin hava hücumdan müdafiə sistemi gücləndirilir”

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə ötən gündən etibarən dayanmadan həyəcan siqnalı verilir.

Qeyd edilib ki, sentyabrdan bəri Rusiya ordusunun İran dronları və raketlərlə hücumlarından sonra Kiyevin hava hücumdan müdafiə sistemi daha da gücləndirilir.

Məlumata görə, Kiyevdə yaxın həftələrdə zədələnmiş enerji infrastrukturunun bərpa olunmasa, qışa doğru hazırkı enerji məhdudiyyətləri bir qədər də artırılacaq

O da bildirilib ki, Ukrayna Ordusu Xersonun işğaldan azad olunmuş ərazilərində təhlükəsizliyin təmin olunması tədbirlərini həyata keçirir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!