Bayden Rusiya və Belarusa dollar verilməsini QADAĞA etdi

SİYASƏT

05 Oktyabr 2022 13:57

Oxunma sayi: 355
Bayden Rusiya və Belarusa dollar verilməsini QADAĞA etdi

ABŞ Prezidenti Co Bayden yeni qanun imzalayıb.

Qanuna əsasən, Rusiya və Belarusa onların sərəncamlarında olan Beynəlxalq Valyuta Fondunun (BVF) vəsaitləri müqabilində dollar verilməsi qadağan edilir. ABŞ maliyyə nazirinə göstəriş verilib ki, Rusiya və ya Belarusa məxsus xüsusi borcalma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatların həyata keçirilməsi qadağandır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident yeni qanun imzalayıb. Qanuna əsasən, maliyyə nazirinə Rusiya və ya Belarusa məxsus xüsusi borcalma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatları həyata keçirmək qadağan edilir”, - deyə sənəddə qeyd edilir.

Mənbə: TASS

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!