Binəli Yıldırım 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım etdi

SİYASƏT

20 Yanvar 2023 16:34

Oxunma sayi: 570
Binəli Yıldırım 20 Yanvar   Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binəli Yıldırım 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı başsağlığı verib.

Yıldırım bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığına doğru gedən yolda canlarını fəda edən qardaşlarımızı rəhmətlə yad edirəm”, - deyə o, paylaşımında qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!