İtaliyalı sərbəst güləşçi Frank Çamizo Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki hakimlikdən narazı qalıb.
Azmedia.Az Offsideplus.az-a istinadən xəbər verir ki, o, 74 kq çəki dərəcəsinin yarımfinal mərhələsində Azərbaycan təmsilçisi Turan Bayramova məğlub olub. Bununla bağlı o, sosial media hesabında paylaşım edib:
“Bunu izləyənlərin hər birindən üzr istəyirəm. Mənim idmanım gözəldir. Onlar sadəcə bir qrup rüşvətxor və korrupsionerlərdir. Ürəyim kədərlə ağlayır”.
Qeyd edək ki, görüş 8:8 hesabı ilə yekunlaşıb, xalların keyfiyyətinə görə qalib elan olunan Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.