Blinken İrandan ABŞ vətəndaşlarını azadlığa buraxmağı tələb edib

SİYASƏT

11 Yanvar 2023 11:21

Oxunma sayi: 268
Blinken İrandan ABŞ vətəndaşlarını azadlığa buraxmağı tələb edib

"Biz İran hakimiyyətindən ABŞ vətəndaşlarını həbsdə saxlamağı dayandırmasını və Murad Tahbaz, Emad Şərqi və Siyamək Namazini azad etməsini tələb edirik".

"Report" "RadioFarda"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.

O, paylaşımında yanvarın 11-də ABŞ və İran vətəndaşı olan Murad Tahbazın həsbdə saxlanılmasının 5-ci ildönümü olduğunu xatırladıb. Blinken həmin şəxslərin haqsız yerə tutulduğunu bildirib.

Dövlət katibi onların sərbəst buraxılaraq yaxınlarına qovuşmasının ABŞ üçün prioritet olduğunu vurğulayıb.

Xatırladaq ki, 2018-ci ildə "İranın milli təhlükəsizliyini təhdidə" görə 8 nəfər - Nillufər Bayani, Tahir Qadirian, Əmir Hüseyn Xaleqi, Human Coukar, Sepideh Kaşani, Abdulrza Kuhpaye, Sem Rəcəbi və Murad Təhbaz həbs edilib. Onlardan Murad Tahbaz elektron qolbaqla müvəqqəti məzuniyyətə buraxılıb və müddət bitdikdən sonra təkrar həbsxanaya qaytarılıb.

Bundan əlavə, İran əsilli ABŞ vətəndaşı Siyamək Namazi kommersiya fəaliyyəti ilə məşğul olub. Sərmayədar Emad Şarki isə casusluq ittihamı ilə on il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tehrandakı hakimiyyət xarici turistləri ölkədə keçirilən etiraz aksiyalarında iştirak etmək, iğtişaş yaratmaq ittihamı ilə tutur. Yanvarın 10-da İran məhkəməsi ABŞ-ın xeyrinə casusluqda ittiham olunan Belçika vətəndaşı Olivye Kastilyeni 28 il müddətinə azadlıqdan məhrum edib.O, həmçinin 500 min dollar dəyərində valyuta qaçaqmalçılığı və eyni məbləğdə çirkli pulların yuyulmasında ittiham olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!