Blinken Mişellə Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsini müzakirə edib YENİLƏNİB + FOTO

SİYASƏT

11 May 2023 11:54

Oxunma sayi: 1316
Blinken Mişellə Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsini müzakirə edib   YENİLƏNİB + FOTO

ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün dəstəklənməsi imkanlarını müzakirə ediblər.

Bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin ABŞ və Aİ-nin Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyiblər.

*******************

ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb. 

Blinken bu barədə “Twitter” hesabında paylaşım edib.

Görüş zamanı Ukrayna və Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr aparılıb.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”, - deyə Antoni Blinken paylaşımda qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!