Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi FOTO

SİYASƏT

11 May 2023 10:54

Oxunma sayi: 1993
Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi   FOTO

ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb. 

Blinken bu barədə “Twitter” hesabında paylaşım edib.

Görüş zamanı Ukrayna və Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr aparılıb.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”, - deyə Antoni Blinken paylaşımda qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!