Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

SİYASƏT

04 Mart 2024 08:00

Oxunma sayi: 176
Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib -  FOTO

Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!