Bolqarıstan parlamentinin yeni sədrini seçib

SİYASƏT

19 Aprel 2023 21:13

Oxunma sayi: 432
Bolqarıstan parlamentinin yeni sədrini seçib

“Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda - Demokratik Qüvvələrin İttifaqı” koalisiyasının üzvü Rosen Jelyazkov yeni Xalq Məclisinin sədri seçilib.
 

Parlamentin yeni sədri haqda Bolqarıstan Milli Radiosu məlumat yayıb.

136 deputat vəkil Jelyazkovun lehinə səs verib, 94 deputat bitərəf qalıb, heç kim sabiq nəqliyyat nazirinin namizədliyinin əleyhinə səs verməyib.

Aprelin 2-də ölkədə son iki ildə beşinci parlament seçkiləri keçirilib. Əvvəlkilərdə olduğu kimi, heç bir koalisiya və ya partiya mandatların əksəriyyətini qazana bilməyib. Parlamentin yeni çağırışındakı GERB-SDS koalisiyası qalanlardan daha çox mandata sahib olacaq.

Mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!