Bosniya və Herseqovina dekabrın 15 də Aİ

SİYASƏT

06 Dekabr 2022 18:30

Oxunma sayi: 467
Bosniya və Herseqovina dekabrın 15   də Aİ

Azmedia.Az xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya rəsmi Aİ-yə namizəd statusu verə bilərlər.

Bu barədə Bloomberg məlumat yayıb.

Sloveniyanın baş naziri Robert Qolob Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammitində çıxışı zamanı deyib ki, "siyasi qərarın qəbulu yalnız zaman məsələsidir". Qolob jurnalistlərə bildirib ki, ölkənin namizədliyinin texniki detalları "böyük irəliləyiş göstərir".

Rəsmi statusun verilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi tələb olunacaq.

İyul ayında Sloveniyanın baş naziri Avropa Komissiyasından 2022-ci ilin sonuna qədər Bosniya və Herseqovinaya Aİ-yə namizəd statusu verilməsini istəyib.

 

Azmedia.Az

Əliyeva Ülkər

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!