Böyük Britaniyanın baş naziri Sunak: Çinlə əlaqələrin “qızıl dövrü” başa çatıb

SİYASƏT

29 Noyabr 2022 12:37

Oxunma sayi: 479
Böyük Britaniyanın baş naziri Sunak:  Çinlə əlaqələrin “qızıl dövrü” başa çatıb

Böyük Britaniyanın baş naziri Rini Sunak Çinlə əlaqələrin “qızıl dövrü”nün başa çatdığını elan edib.

Azmedia.Az xəbər verir ki, bu barədə Reuters yazır.

Onun sözlərinə görə, Çin qlobal təsir uğrunda yarışır və dövlət hakimiyyətinin bütün variantlarından istifadə edir.

Pekinin siyasəti Qərbin dəyərlərinə və maraqlarına meydan oxuyur.

Britaniyanın yeni baş naziri əmindir ki, Çin daha böyük avtoritarizmə doğru irəlilədikcə bu problem daha da kəskinləşir. Bununla belə, İngiltərə və digər inkişaf etmiş ölkələr Çinin dünya məsələlərində çəkisini görməzlikdən gələ bilməzlər.

Sunak hesab edir ki, opponentləri möhtəşəm ritorikadan daha çox möhkəm praqmatizmlə qarşı-qarşıya qoymaq üçün yeni yanaşma lazımdır.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!