Britaniya azərbaycanlı minatəmizləyənlərə təlim keçəcək FOTO

SİYASƏT

26 May 2023 02:40

Oxunma sayi: 547
Britaniya azərbaycanlı minatəmizləyənlərə təlim keçəcək   FOTO

“Torpaqlar yenidən istifadə olunmalı, yenidən becərilməlidir. Bunun üçün torpaqlar minalardan təmizlənməlidir”.

Azmedia.Az  xəbər verir ki, bunu Ağdamda keçirilən ikinci “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayışa Qarşı Müdafiə Nümayəndəliyi ofisinin rəhbəri Bert Applton deyib.

“Bu auditoriyada minatəmizləyən həmkarlarımız var. Biz uğurlu şəkildə minalar partlamadan təlimlərimizi keçiririk. Biz minatəmziləmə sahəsində söhbətlərimizi davam etdirəcəyik, mütəxəssisləri Birləşmiş Krallığa dəvət edəcəyik. Biz qadınların da bu sahədə təlimlər keçməyini istəyirik. Mintəmizləmə prosesində qadınların iştirakı lazımdır”, - o əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!