Britaniya Ukraynaya 3 milyard dollar kredit ayırmağa qərar verib

SİYASƏT

21 İyun 2023 13:32

Oxunma sayi: 428
Britaniya Ukraynaya 3 milyard dollar kredit ayırmağa qərar verib

Böyük Britaniya Ukraynaya yenidənqurma üçün 3 milyard dollar kredit verəcək.

“Bloomberg” xəbər verir ki, bunu Krallığın baş naziri Rişi Sunak deyib.

Sunakın etiraf etdiyi kimi, onlar bu krediti üç il ərzində Kiyevə verməyi planlaşdırırlar.

Ukraynaya köçürülən vəsait “Rusiya təcavüzü qarşısında onun iqtisadi sabitliyinin gücləndirilməsinə” xərclənməlidir.

Bundan əlavə, bu il London Ukrayna tərəfinə 240 milyon funt-sterlinq (306 milyon dollar) məbləğində yardım ayıracaq. Pul minatəmizləmə, təbii fəlakətlərə qarşı yardım dəstləri və enerji layihələri daxil olmaqla müxtəlif proqramlara yönəldiləcək.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!