Britaniyalı deputat: “UNICEF və ANAMA ilə birlikdə minalarla mübarizəni dəstəklədiyimizə şadam” FOTO/VİDEO

SİYASƏT

04 May 2023 06:00

Oxunma sayi: 1486
Britaniyalı deputat: “UNICEF və ANAMA ilə birlikdə minalarla mübarizəni dəstəklədiyimizə şadam”   FOTO/VİDEO

“Bu gün İcmalar Palatasında nazir Leo Doçertidən onun departamentinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləmək üçün hansı addımlar atdığını soruşdum”.

Bu barədə Böyük Britaniyadan olan deputat Devid Duqid “Twitter” səhifəsində yazıb.

O, hökumətinin UNICEF və ANAMA ilə birlikdə minalarla mübarizəni dəstəklədiyinə şad olduğunu bildirib:

“Böyük Britaniya hökumətinin UNICEF və ANAMA ilə birlikdə minalarla mübarizəni dəstəklədiyini görməyə şadam. Tapılan minaların bəzilərinin istehsal tarixinin 2021-ci il olduğunu öyrənmək məni məyus etdi ki, bu da atəşkəslə bağlı 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatdan xeyli sonraya təsadüf edir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!