Britaniyanın XİN rəhbəri Putinlə görüşmək istəmir

SİYASƏT

20 Avqust 2022 09:26

Oxunma sayi: 240
Britaniyanın XİN rəhbəri Putinlə görüşmək istəmir

Böyük Britaniyanın xarici işlər naziri, eləcə də Baş nazir postuna namizəd Liz Trass Rusiyanın G20 sammitində iştirakına qarşı çıxıb.  

Azmedia.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Rusiyanın Ukraynaya qarşı hərbi aqressiyası davam etdiyi müddətdə G20-də iştirak etməyə mənəvi haqqı yoxdur”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Trass bundan əvvəl krallığın Baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri seçiləcəyi təqdirdə G20 çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, G20 sammiti noyabrın 15-16-da dövlət başçılarının iştirakı ilə Balidə keçiriləcək. Putin həmin zirvə toplantısında iştirak edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!