Bu gün 200 dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

SİYASƏT

08 Fevral 2023 22:07

Oxunma sayi: 632
Bu gün 200   dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

“Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.

Bunu  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur:

“Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!