Cahit Bağçı 100 milyon dollarlıq ianəyə görə Azərbaycana təşəkkür etdi FOTO

SİYASƏT

21 Mart 2023 13:23

Oxunma sayi: 808
Cahit Bağçı 100 milyon dollarlıq ianəyə görə Azərbaycana təşəkkür etdi   FOTO

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:

“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Avropa İttifaqı Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə göndərən Azərbaycana təşəkkür edirəm”.

O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!