“Caliber”: Arlinqton raundu başa çatdı, davamı nə olacaq? VİDEO

SİYASƏT

07 May 2023 13:09

Oxunma sayi: 757
“Caliber”: Arlinqton raundu başa çatdı, davamı nə olacaq?   VİDEO

“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet 1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan danışıqlara həsr olunub.

Müəllif qeyd edir ki, iki ölkənin XİN başçılarının masa arxasında vasitəçi olmadan görüşməsi müsbət hal kimi dəyərləndirilməlidir.

“Artıq birbaşa kontaktların normaya çevrilməsi müsbət hal kimi qeyd edilməlidir. Belə ki, danışıqların bu formatı görüşün daha açıq, səmimi və tərəflərin özlərini daha sərbəst hiss etməsi ilə nəticələnəcək. Əlbəttə, bu məqam Azərbaycan tərəfinə aid deyil, bu günə qədər baş tutmuş bütün görüşlərdə Azərbaycan nümayəndə heyəti psixoloji baxımdan özünü hər zaman güclü hiss edib və bütün təzyiqlərə davam gətirdiyini sübuta yetirib”, - deyə müəllif qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!