“Caliber”: “Bakının vədləri və İrəvanın geriyə addımı haqqında” VİDEO

SİYASƏT

28 Fevral 2023 09:56

Oxunma sayi: 874
“Caliber”:  “Bakının vədləri və İrəvanın geriyə addımı haqqında”   VİDEO

Azərbaycanlılar üçün sözü havaya demək mədəniyyətsizlik sayılır. Bu xalq yerinə yetirəcəyinə əmin deyilsə söz vermir, ya da yerinə yetirəcəyinə tam əmin olandan sonra vəd verir.

Azərbaycan xalqının bu uzun əsrlik xüsusiyyəti həm də müstəqil dövlətin siyasi mədəniyyətinin bir hissəsi oldu. Azərbaycan hər zaman öz sözünə əməl edir. Bununla da beynəlxalq arenanın ehtiramını qazanıb.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində bildirilir.

Kanalda vurğulanır ki, bir zamanlar Şuşanın azad olacağı və Azərbaycan bayrağının bu şəhərin üstündə dalğalanacağı deyilmişdi və edildi:

“Vəd verilmişdi ki, Bakı-Tbilisi-Axalkalaki-Qars nəhəng dövlətlərin bütün təzyiqlərinə baxmayaraq nəyin bahasına olursa-olsun inşa ediləcək və tikildi. Avropaya qazla bağlı yardım ediləcəyi sözü verildi, hazırda bu istiqamətdə işlər görülür və mütləq şəkildə başa çatdırılacaq”.

Süjetdə vurğulanır ki, ötən ilin avqust ayında Qarabağda birdən-birə Ruben Vardanyan ortaya çıxanda ona müxtəlif vasitələrlə burada planlar qurmaması çatdırıldığı, bu yerlərə aid olmadığı, burada yeri olmadığı deyilsə də, o buna inanmadı... Amma artıq öz kabinetindən qovulub.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!