“Caliber”: “Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb”

SİYASƏT

14 Fevral 2023 16:25

Oxunma sayi: 963
“Caliber”:  “Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb”

Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyan Qarabağa qayıdıb.

Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb. 

“Əldə etdiyimiz məlumata görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb.

Bu, nümayişkaranə şəkildə Azərbaycanın ünvanına hörmətsizlikdir.

Üstəlik, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırılıb.

Nəticələr bütün regional münasibətlər kompleksi üçün, ilk növbədə isə Ermənistan tərəfi üçün son dərəcə ağır olacaq.

Hələlik bu qədər”, - məlumatda vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!