Caliber.Az Vardanyanın yalanlarını ifşa etdi VİDEO

SİYASƏT

11 Yanvar 2023 17:57

Oxunma sayi: 248
Caliber.Az Vardanyanın yalanlarını ifşa etdi   VİDEO

Azmedia.Az xəbər verir ki,“Caliber” “YouTube” layihəsinin növbəti süjetində Ruben Vardanyanın özü-özünü inkar edən açıqlamaları və humanitar böhranla bağlı saxta iddialarının fonunda Qarabağı Rusiya sülhməramlılarının helikopteri ilə tərk edən SSRİ-nin keçmiş geologiya naziri Qriqori Qabrielyantsın nümunəsinə diqqət çəkilir. 

Müəllif vurğulayır ki, regionun blokadasından, ərzaq, dərman vasitələrinin çatışmazlığından danışan separatçı ünsürlər nədənsə Qriqori Qabrielyantsın Azərbaycan tərəfinin icazəsi ilə Qarabağı tərk etməsindən, Laçın-Xankəndi yolunda hərəkət edən təcili tibbi yardım maşınlarından, Rusiya sülhməramlı kontinqentinin karvanından daşınılan humanitar xarakterli yüklərdən danışmırlar. Vardanyan isə həyasız müsahibələr verməkdə davam edir.

“Razılaşın ki, bu, blokadanın kifayət qədər sürrealist formasıdır, elə deyilmi?!”, - müəllif vurğulayır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!