Çavuşoğlu Baydenə sərt reaksiya verdi: “Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil” FOTO

SİYASƏT

24 Aprel 2023 20:47

Oxunma sayi: 778
Çavuşoğlu Baydenə sərt reaksiya verdi:  “Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil”   FOTO

“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir!”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına reaksiya verərkən deyib.

Mövlud Çavuşoğlu bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir! Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Bu mövqelərində israrlı olan fürsətçilər öz gizli niyyətləri və ikiüzlülükləri ilə xatırlanacaqlar. Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil”, - deyə nazir paylaşımda vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına dair verdiyi yazılı açıqlamada “soyqırımı” ifadəsini işlətmişdi.

Mənbə: Anadolu  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!