Çavuşoğlu: “Polşada baş verən raket insidenti bədbəxt hadisədir“

SİYASƏT

18 Noyabr 2022 13:27

Oxunma sayi: 355
Çavuşoğlu: “Polşada baş verən raket insidenti bədbəxt hadisədir“

Türkiyənin xarici işlər naziri bildirib ki, Polşada raket insidentinin səbəbləri ilə bağlı araşdırmalar davam edir, ilkin məlumata görə, bu bir bədbəxt hadisə,qəzadır.

Onun sözlərinə görə, ətraflı araşdırmalar davam edir. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, mümkün qədər tez “müharibəyə son qoymaq və danışıqlar masasına qayıtmaq” hər cəhətdən vacibdir.

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyə diplomatiyasının rəhbəri meksikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə iki raket düşüb, nəticədə iki nəfər həlak olub.

Varşava əvvəlcə raketlərin Rusiya mənşəli olduğunu və ölkənin NATO Şurasını çağırdığını iddia etsə də, çərşənbə günü Polşa prezidenti Anjey Duda raketlərin Ukraynaya məxsus olması ehtimalının yüksək olduğunu bildirib.

Mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!