Çavuşoğlu: “Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüş fevralda baş tuta bilər“

SİYASƏT

12 Yanvar 2023 17:32

Oxunma sayi: 303
Çavuşoğlu: “Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüş fevralda baş tuta bilər“

"Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüş fevralda baş tuta bilər".

Azmedia.Az "Report"-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində deyib.

O, bununla yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın yanvarın 17-də Türkiyəyə səfər edəcəyini bildirib.

Nazir həmçinin söyləyib ki, bütün ölkələrlə diplomatik təmaslar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!