Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib YENİLƏNİB

SİYASƏT

26 Mart 2023 10:43

Oxunma sayi: 1985
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib   YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.

****************

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər regiondakı son durumu müzakirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!