Çin Polşanın raket insidentindən sonra tərəfləri təmkinli olmağa çağırıb

SİYASƏT

16 Noyabr 2022 12:43

Oxunma sayi: 369
Çin Polşanın raket insidentindən sonra tərəfləri təmkinli olmağa çağırıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə günü Polşanın şərqində naməlum raketin düşməsindən sonra məslə ilə bağlı əlaqədar bütün tərəfləri təmkinli olmağa çağırıb.

Azmedia.Az xəbər verir ki, brifinq zamanı Mao Ning Çinin bu hadisəyə diqqət yetirdiyini bildirib.

Onun sözlərinə görə, indiki vəziyyətdə bütün tərəflər sakit olmalı və təmkin nümayiş etdirməlidir. Bundan əlavə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, heç bir halda münaqişə olmamalıdır.

Mao Ning aydınlaşdırıb ki, Çinin Ukrayna problemi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O, sülh danışıqlarının başlanmasının hazırda vacib olduğu qənaətinə gəlib.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!