Çin səfirliyi Krımla bağlı müsahibəni silib

SİYASƏT

24 Aprel 2023 13:47

Oxunma sayi: 457
Çin səfirliyi Krımla bağlı müsahibəni silib

Bloomberg.com xəbər verir ki, Çinin Fransadakı səfiri Lu Şainin Krımı şərh edən müsahibəsinin stenoqramı Çinin Parisdəki səfirliyinin WeChat hesabından silinib.

Çin diplomatı LCI telekanalına müsahibəsində Krıma dair sualı cavablandırarkən, bölgənin əslən Rusiyaya aid olduğunu bildirib.

Lu Şai həmçinin bildirib ki, keçmiş SSRİ ölkələri suverenliklərini itiriblər və etibarlı statusa malik deyillər.

Daha sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin bütün dövlətlərin, o cümlədən keçmiş SSRİ ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edir.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!