Çin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi

SİYASƏT

26 Aprel 2023 21:44

Oxunma sayi: 412
Çin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi

Çin prezidenti Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib ki, Pekin Kiyevlə əməkdaşlığa hazırdır.

Bu barədə RİA Novosti Cailian agentliyinə istinadən xəbər verir.

“Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Çin Ukrayna ilə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün işləməyə hazırdır”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl məlum olub ki, Ukrayna tərəfinin təşəbbüsü ilə Vladimir Zelenski ilə Si Cinpinq arasında telefon danışığı olub.

Zelenski Kiyevin Pekinə yeni səfirinin təyin olunduğunu, Si Tsinpin isə öz nümayəndəsinin sülh yolu ilə nizamlanma üzrə dərin məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə səfərə gələcəyini açıqlayıb.

Mənbə:lenta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!