Co Baydenə qarşı impiçment maddələri ABŞ Konqresinə təqdim edilib

SİYASƏT

14 İyun 2023 08:24

Oxunma sayi: 434
Co Baydenə qarşı impiçment maddələri ABŞ Konqresinə təqdim edilib

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının üzvü Lauren Bobert ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyini təmin edə bilmədiyi üçün hazırkı prezident Co Baydenə impiçment maddələri təqdim edib.

Onun sözlərinə görə, Bayden cənub sərhədinin təhlükəsizliyini təmin etməli olduğu konstitusiya vəzifəsini tamamilə yerinə yetirə bilməyib.

“Bu səbəbdən impiçment müddəalarını təqdim etdim. Düşünürəm ki, Bayden vəzifəsindən uzaqlaşdırılmalıdır”, - deyə Bobert sosial şəbəkələrdə bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!