Con Kirbi: “Ukrayna NATO ya üzv olmaq üçün tələblərə cavab verməlidir”

SİYASƏT

07 İyul 2023 15:04

Oxunma sayi: 463
Con Kirbi: “Ukrayna NATO   ya üzv olmaq üçün tələblərə cavab verməlidir”

ABŞ NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir, lakin hesab edir ki, Alyansa qoşulmaq istəyən hər bir ölkə müəyyən tələblərə cavab verməlidir.

Bu açıqlama ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

“NATO-ya üzv olmaq üçün hər bir ölkə müəyyən tələblərə cavab verməlidir və bu ölkə ilə Alyans arasında ciddi müzakirə aparılmalıdır. Biz bu prosesə hörmətlə yanaşmağın tərəfdarıyıq”, - deyə C. Kirbi vurğulayıb.

C. Kirbinin sözlərinə görə, vurğulanan məqamlar onu deməyə əsas verməməlidir ki, Ukrayna NATO ilə Rusiya arasında “boz zonada” qalıb.

“Əksinə, tərəfdaşlarımızın bütün hərəkətləri onu göstərir ki, onlar Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə tamamilə Ukraynanın tərəfindədirlər”, - deyə C. Kirbi vurğulayıb.

Mənbə: Rbc.ua

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!