Conson və Tramp Ukraynadakı vəziyyəti müzakirə ediblər

SİYASƏT

26 May 2023 19:05

Oxunma sayi: 455
Conson və Tramp Ukraynadakı vəziyyəti müzakirə ediblər

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşüb.

Bu barədə Sky News telekanalı keçmiş baş nazirin nümayəndəsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Conson və Tramp Ukraynadakı vəziyyəti və Ukraynanın qələbəsinin həyati əhəmiyyətini müzakirə etmək üçün mayın 25-də görüşüblər.

Keçmiş liderlərin görüş yeri və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Bununla belə, Sky News-un qeyd etdiyi kimi, görüş Consonun ABŞ-a səfəri zamanı baş tutub və bu səfər zamanı o, Texas və Las-Veqasa səfər edib.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!