Daha beş Patriot sistemi Ukraynaya verilə bilər

SİYASƏT

12 İyun 2023 16:21

Oxunma sayi: 435
Daha beş Patriot sistemi Ukraynaya verilə bilər

2024-cü ilin sonuna qədər daha beş Patriot hava hücumundan müdafiə sistemi Ukraynaya verilə bilər.

Onların istehsalçısı Amerika hərbi-sənaye şirkəti Raytheon Technologies sistemlərin istehsalını ildə 12 ədədə qədər artırmaq niyyətindədir, bu barədə The Wall Street Journal yazır.

Bu məlumatı nəşrə şirkətin baş direktoru Qreq Hayes təsdiqləyib.

Məqalədə qeyd olunur ki, bu qərar Ukraynada özünü doğrultmuş “Patriot”a tələbatın artmasından xəbər verir.

Onlar həmçinin bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri sistemlərin proqram təminatını yekunlaşdırıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!