Daha bir ölkə BRİKS ə qoşulmaq üçün müraciət edib

SİYASƏT

19 İyun 2023 16:23

Oxunma sayi: 670
Daha bir ölkə BRİKS   ə qoşulmaq üçün müraciət edib

Banqladeş BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət göndərib. Bu barədə “Dhaka Tribune” məlumat yayıb.

Qəzetin yazdığına görə, üzvlük üçün müraciət Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa ilə Banqladeşin baş naziri Şeyx Hasin arasında Cenevrədə keçirilən görüşdən sonra edilib.

Danışıqlar zamanı Cənubi Afrika prezidenti bu təklifə "müsbət reaksiya verib".
Banqladeş isə “BRİKS-in dostları” statusundadır. İyunun əvvəlində Keyptaunda “BRİKS dostları”nın üzvləri ilə birlikdə BRİKS xarici işlər nazirlərinin görüşü keçirilib. Dəkkə BRİKS-ə qoşulmaq arzusunu birbaşa ifadə edib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində BRİKS-ə qoşulmaqda maraqlı olan dövlətlərin sayının 20-yə yaxınlaşdığını bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!