Demokratiyanın Şərq lokomotivi: Türkiyənin may imtahanı VİDEO

SİYASƏT

18 May 2023 21:56

Oxunma sayi: 970
Demokratiyanın Şərq lokomotivi: Türkiyənin may imtahanı   VİDEO

“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet Türkiyədə keçirilən parlament və prezident seçkilərinin təhlilinə həsr olunub.

Müəllif qeyd edir ki, istər seçkilərin birinci turunda qeydə alınan nəticələr, istərsə ölkədəki rəqabət mühiti, istərsə də seçicilərin fəallığı Türkiyədə demokratiyanın və şəffaflığın təzahürü kimi qiymətləndirilməlidir.

“Qərb mətbuatının və siyasi isteblişmentinin Türkiyəni idarə edən hazırkı prezidenti avtoritar, hətta bir qədər də irəli gedərək diktator kimi qələmə verməsinin tamamilə əsassız olduğu ortaya çıxdı. Seçkilər tam demokratik şəraitdə keçirildi. Uydurulmuş diktator mifi Türkiyə demokratiyasının parlaq Günəşi altında əriyib yox oldu”, - müəllif qeyd edir. 

Müəllif həmçinin yüksək seçki mədəniyyəti nümayiş etdirən Türkiyə vətəndaşlarının ölkə və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətə də xüsusi vurğu edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!