DİN Fazil Mustafanın evini və yaxınlarının mühafizəsini təmin edir FOTO/VİDEO

SİYASƏT

29 Mart 2023 16:45

Oxunma sayi: 4953
DİN Fazil Mustafanın evini və yaxınlarının mühafizəsini təmin edir   FOTO/VİDEO

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı ötən gecə yaşadığı evin qarşısında törədilən sui-qəsdlə əlaqədar olaraq yaşayış evi hüquq-mühafizə orqanları tərəfindən mühafizə edilir. 

Məlumata görə, təhlükəsizlik məqsədilə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən deputatın evinin ətrafında Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin (PPX), Çevik Polis Alayının (ÇPA) əməkdaşları tərəfindən mühafizə olunur. 

Fazil Mustafanın ailəsi, eləcə də birinci dərəcəli ailə yaxınlarının da təhlükəsizliyi ilə bağlı zəruri bütün tədbirlər görülüb. 

Bu barədə məlumatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev də təsdiq edib.

Deputatın evinin qarşısından son görüntüləri təqdim edirik:

 

     

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!