Diplomatik səviyyədə peşmanlıq: Ermənistan rəsmisi bayraq təxribatını şərh etdi

SİYASƏT

16 Aprel 2023 09:19

Oxunma sayi: 858
Diplomatik səviyyədə peşmanlıq: Ermənistan rəsmisi bayraq təxribatını şərh etdi

Ermənistan baş nazir aparatının rəhbəri, İrəvanda başlayan ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Arayik Arutyunyan Azərbaycan idmançılarına qarşı törədilən təxribatla bağlı yaranmış vəziyyəti şərh edib.

Bu barədə Ermənistan KİV xəbər yayıb.

Məlumata görə, o, dünənki hadisənin Ermənistanı tam şəkildə yeni tərzli, innovativ, mədəni, idman mərkəzi və əməkdaşlığa, dostlaşmağa dəyər verən ölkə kimi təqdim etməyə imkan vermədiyini vurğulayıb.

“Hər halda, bəlkə də, son detalı nəzərə almamışıq, hesablamamışıq... Dövlətə, bəli, dövlətə qayğı ilə yanaşmaq lazımdır. Hər bir düşüncəsiz, guya “qəhrəmanlıq” addım bizi geridə qoya, tərəqqi yolundan geri çəkə bilər”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!