Dövlət Gömrük Komitəsinə sədr təyin edildi FOTO

SİYASƏT

14 Fevral 2023 19:25

Oxunma sayi: 1371
Dövlət Gömrük Komitəsinə sədr təyin edildi   FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat verib. 

Sərəncama görə, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər sərəncamla Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!