Dövlət Komitəsi: “Malatyadakı tələbələrin yaxınlarından gələn mesajlar adamı dəhşətə gətirir”

SİYASƏT

13 Fevral 2023 10:35

Oxunma sayi: 812
Dövlət Komitəsi:  “Malatyadakı tələbələrin yaxınlarından gələn mesajlar adamı dəhşətə gətirir”

“Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir”.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat yayıb.

Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:

“Deyir, qazıntı aparanlar, az qala, binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki heç bir iz yoxdur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!