Dövlət Komitəsinin sədri parlamentdə illik hesabat verir

SİYASƏT

20 Dekabr 2022 12:07

Oxunma sayi: 453
Dövlət Komitəsinin sədri parlamentdə illik hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilir.

Azmedia.Az məlumat verir ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.

B.Muradova bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsinə yönəlik bir sıra mühüm addımlar atılıb:

“Regionlarda uşaq ailə dəstək mərkəzləri diqqət mərkəzində saxlanılıb. Ötən il bələdiyyələrdə gender komissiyalarının nümayəndələri üçün müxtəlif təlimlər təşkil edilib. Beynəlxalq və yerli tərəfdaşlarla birgə bir çox layihələr həyata keçirilib”.

Onun sözlərinə görə, ötən il ərzində komitəyə daxil olan vətəndaş müraciətləri onu deməyə əsas verir ki, ölkə ərazisində məişət zorakılığı halları üstünlük təşkil edir:

“Qadınlara qarşı zorakılıq faktları ilə bağlı ötən il 2 197 cinayət qeydə alınıb ki, bunun da 20 %-i məhz qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Dünyada da bu sahədə artım müşahidə edilir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!