“Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilib FƏRMAN

SİYASƏT

20 Aprel 2023 16:57

Oxunma sayi: 770
“Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilib   FƏRMAN

Dövlət Mülki Aviasiya Agentliyi Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 958; 2019, № 11, maddə 1702; 2022, № 12, maddə 1436) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.19-1-ci və 3.0.19-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.19-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak etmək;

3.0.19-2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!