Dövlət Xidmətində yeni sədr: Xərçəngə qalib gəldi, rəhbər seçildi FOTO

SİYASƏT

02 Dekabr 2022 12:15

Oxunma sayi: 559
Dövlət Xidmətində yeni sədr:  Xərçəngə qalib gəldi, rəhbər seçildi   FOTO

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası və İşçi Qrupunun görüşü keçirilib.

Məlumata görə, Şuranın Türkiyə Respublikası üzrə təmsilçisi Gökhan Çoban şuraya sədr seçilib. 

Yeni sədr uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyə qalib gəldikdən sonra bu vəzifəyə seçilib.

Qeyd edək ki, 10 ildir Azərbaycanda yaşayan və bir çox vəzifələrdə çalışan Gökhan Çoban hazırda ölkəmizdə fəaliyyət göstərən özəl bankların birində direktor müşaviri vəzifəsini icra edir. O, azərbaycanlı xanımla evlidir. Cütlüyün bu evlilikdən bir qız övladı var. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!