DTX dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ

SİYASƏT

31 Yanvar 2023 14:04

Oxunma sayi: 735
DTX   dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara  XƏBƏRDARLIQ

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bununla bağlı DTX məlumat yayıb.

Bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

“İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur”, - deyə məlumatda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!