Əli Əlizadə: “Xarici nümayəndələr bu qanunsuzluğa niyə susurlar?” VİDEO

SİYASƏT

22 Mart 2023 21:02

Oxunma sayi: 785
Əli Əlizadə:  “Xarici nümayəndələr bu qanunsuzluğa niyə susurlar?”   VİDEO

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Qarabağda hərbi yüklərin qanunsuz daşınmasına münasibət bildirib.

“Erməni separatçıları tərəfindən Xankəndidə hərbi yüklərin qanunsuz qaçaqmalçılığı ilə bağlı daha bir fakt. Bütün günü Laçın-Xankəndi yolunda keçirilən dinc ekoaksiyaya münasibət bildirən xarici nümayəndələr niyə bu qanunsuzluğa susurlar? Hərəkət etmək vaxtıdır!”, - deyə diplomat bu barədə “Twitter” hesabında paylaşım edib.

O, hərbi yüklərin qanunsuz daşınması ilə bağlı görüntülər də paylaşıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!