Əli Əsədov: “Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi”

SİYASƏT

18 Mart 2023 02:55

Oxunma sayi: 767
Əli Əsədov:  “Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi”

Azərbaycanda əkin sahələrinin selləmə kimi suvarılması dövrü başa çatıb.

Azmedia.Az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
“Bu il sudan istifadənin həcmi 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə 2,1 dəfə çox - 44 milyard kubmetrdən artıq olacaq. Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır” - deyə o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!