Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb

SİYASƏT

16 Fevral 2024 19:37

Oxunma sayi: 163
Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğız arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər həmçinin Azərbaycan-Qırğız qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!