Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası dəyişdi

SİYASƏT

01 İyun 2023 21:31

Oxunma sayi: 974
Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası dəyişdi

Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydasına dəyişiklik edilib.

Azmedia.Az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. İndiyə qədər bu səlahiyyət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!