Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib FOTO

SİYASƏT

16 Fevral 2023 19:24

Oxunma sayi: 905
Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”, - paylaşımda qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!