Ərdoğan Azərbaycanın da daxil olduğu beynəlxalq sazişi təsdiqlədi FOTO

SİYASƏT

09 May 2023 16:35

Oxunma sayi: 882
Ərdoğan Azərbaycanın da daxil olduğu beynəlxalq sazişi təsdiqlədi   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Məlumata görə, bu barədə qərar “Resmi gazete”də dərc olunub.

Anlaşma Memorandumuna əsasən, tərəflər bu sahədə münasibətlərin təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!