Ərdoğan Paşinyanla görüşün təfərrüatlarını açıqlayıb

SİYASƏT

14 İyun 2023 16:31

Oxunma sayi: 869
Ərdoğan Paşinyanla görüşün təfərrüatlarını açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyanla qısa görüşü olduğunu təsdiqləyib.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Ərdoğan vurğulayıb ki, Paşinyanın onun andiçmə mərasiminə gəlməsinə razılıq verməsi mühüm addımdır.

“Paşinyan bizim dəvətimizi qəbul etdi, bir çox maneələri aşaraq, öz ölkəsində müxalifətə qalib gəldi”, - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması barədə bəyanatını da mühüm adlandırıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!