Ərdoğan Prezident İlham Əliyevə təqdim olunacaq TOGG barədə danışdı YENİLƏNİB FOTO/VİDEO

SİYASƏT

03 Aprel 2023 22:15

Oxunma sayi: 2692
Ərdoğan Prezident İlham Əliyevə təqdim olunacaq TOGG barədə danışdı   YENİLƏNİB FOTO/VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq TOGG avtomobili artıq yola salınıb.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TOGG avtomobilinin ilk nümunələrinin təqdimatı mərasimində deyib.

Türkiyə lideri elektromobilin Prezident İlham Əliyevə sabah təqdim olunacağını bildirib. Onun sözlərinə görə, avtomobilin rəngi “Anadolu” olacaq.

Qeyd edək ki, Türkiyə Prezidentinə təqdim edilən TOGG avtomobili də eyni rəngdədir.

 

*************

Türkiyənin TOGG markalı elektromobilinin ilkin sifarişçilərə çatdırılması prosesinə başlanılıb. Yerli istehsal olan nəqliyyat vasitəsinin ilk nümunəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Dövlət başçısı “Anadolu” rəngindəki 34 EE 2071 nömrəli elektromobili əldə edib.

“Bu gün millətimizin 60 illik arzusunun gerçəkləşdiyinin birlikdə şahidi oluruq. “Türk əsri”nin ilk bəhrələrindən biri olan TOGG vətənimizə xeyirli olsun”, - deyə Prezident Ərdoğan təqdimat mərasimində bildirib.

Qeyd edək ki, elektromobilin növbəti nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!